Risk menecment

Risk menecment
Risk menecment

Risk — dəyər kəsb edən hər hansı bir əmlakın, vəsaitin, vaxtın və s. itirilmə ehtimalıdır. Risk, arzuolunmaz bir hadisənin başvermə, yaxud gözlənilən bir hadisənin baş verməməsi ehtimalıdır. Risk, neqativ nəticələnə biləcək hər hansı hərəkət, yaxud hərəkətsizliklərdir. Risk, hər hansı bir işin, hərəkətin nəticəsinə 100% dəqiqliklə əmin olmadıqda meydana çıxır.

Riyazi düsturların çoxluğuna baxmayaraq, risklərin idarə edilməsini dəqiq elmlərə aid etmək çətindir. Əksinə, peşəkar risk-menecer saray münəcciminə bənzəyir ki, yalnız özünə məlum olan fəndlərin köməyilə gələcəyi xəbər verir.

Risk ehtimaldır, deməli onu miqdarca faizlərlə ifadə etmək mümkündür.

Risklərin başlıca xüsusiyyəti ondan ibarətdir ki, onlar həmişə mövcuddur. Risklər – fəaliyyətin hər hansı növünün mütləq özünəməxsus artibutudur: heç nəyə 100% əmin olmaq olmaz. Bu, Merfi qanunlarından birini ifadə edir: "Əgər hər şey yaxşıdırsa, deməli siz nəyi isə görə bilməmisiniz".

Risk-menecerin qarşısında duran mühüm vəzifələrdən biri təşkilatın risk-profilinin tərifidir. Mahiyyət etibarilə, söhbət təşkilatın idarə edilən tipik risklərinin siyahısının tərtibindən gedir ki, bunlar meydana çıxma tezliyinin azalması sırası ilə və ya potensial itkilərin ölçülərinin azalması sırası ilə yerləşdirilir.


© MMXXIII Rich X Search. We shall prevail. All rights reserved. Rich X Search